
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində iyunun 28-də “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib.
İntellektual oyun zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, tanınmış şəxsiyyətləri, folkloru və digər mövzularla bağlı sualları cavablandırıblar.
14 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman? intellektual oyununda “Evrika” komandası I, “Sərdar sarayı” komandası II, “Çuxursəd” komandası isə III yerə layiq görülüb. Qaliblər diplim, medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.