Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində panel müzakirə keçirilib
28 iyun 2025, 11:02

Quba rayonunda təşkil olunan “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində panel müzakirə keçirilib. Panel görüşündə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov Qərbi Azərbaycan İcmasının strukturu, fəaliyyət istiqamətləri, Qayıdış Konsepsiyanın mahiyyəti, qayıdış hüquqları və prinsipləri haqqında ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Panel müzakirədə bildirilib ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqları barədə səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqi sənədlərə əsaslanır, həmçinin, Ermənistanın qayıdış hüquqları ilə bağlı çağrışları cavabsız qoyması və ərazi iddiası kimi təqdim etməyə çalışmasının əsası yoxdur.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.