Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmi nümayiş etdirilib
30 iyun 2025, 09:39

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində Quba regional “ASAN xidmət” mərkəzində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi və mədəni irsimizin təbliği, 200 ilə yaxındır ki, ermənilərin bu irsin məhv edilməsi yönündə fəaliyyətlərinin ifşasıdır.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında gənclərin fəallığının təşviq olunmasıdır.