Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin ilk günü yekunlaşıb
28 iyun 2025, 18:33

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin ilk günü yekunlaşıb. Gün ərzində düşərgə çərçivəsində Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən foto sərgi, panel müzakirə və təlim təşkil olunub. Sərgilənən foto stendlər ümumilikdə Qərbi Azərbaycanın tarixini, irsini, mədəniyyətini əks etdirir. Qərbi Azərbaycanın mahallarında, şəhərlərində, kəndlərində vaxtilə mövcud olmuş azərbaycanlılara aid olan tarixi və memarlıq abidələrini təsvir olunub.

Sonra təlimçi Eyvaz Feyrullayev tərəfindən liderlik bacarıqlarının aşılanması mövzusunda təlim keçirilib. Təlim qrup işləri və komanda quruculuğu ilə davam edib.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.