Bəyanatlar

TürkPA Qərbi Azərbaycana qayıdışı növbəti dəfə dəstəklədi
12 iyun 2025, 16:01

Qərbi azərbaycanlıların qayıdışına beynəlxalq aləmin ardıcıl və prinsipial dəstəyi davam edir. TÜRKPA-nın 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında Assambleya bir daha Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlığını ifadə etmiş və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququnu dəstəkləmişdir. Bu qərar insan hüquqlarına, ədalətə və sülhə xidmət edir. 
Qərbi Azərbaycan İcması prinsipial, ardıcıl və ədalətli mövqeyinə görə TÜRKPA-ya və onun üzvü olan parlamentlərə təşəkkürünü bildirir.