Bəyanatlar

Vartan Oskanyanın Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxışı ilə əlaqədar bəyanat
11 iyul 2024, 18:35

Dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək növbəti anti-Azərbaycan tədbiri keçirmişdir. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış etmişdir.

Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlür tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır.