20 noyabr 2026, 12:59
19 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə Nizami rayonunda təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yubiley tədbirində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin təmsilçiləri də iştirak ediblər.
Tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərovu ictimai-siyasi fəaliyyətinə və xidmətlərinə görə Fəxri Fərmanla təltif edib.
Qərbi Azərbaycan İcması Nizami rayon nümayəndəliyinin fəaliyyətinə göstərilən diqqətə və etimada, eləcə də nümayəndəliyin ictimai fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova və rayon ictimaiyyətinə təşəkkürünü bildirir.


