Bəyanatlar

Yunanıstanın xarici işlər naziri ilə əlaqədar bəyanat
10 yanvar 2024, 11:52

Yunanıstanın xarici işlər naziri İrəvanda ölkəsinin“Qarabağda xristian ocaqlarının qorunması vəonlaradəymişziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirmişdir.

Yunannazirin bu açıqlamalarını rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyivə onun daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndiririk.

Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan Azərbaycan xalqınınmədəniirsini məhv vətəhrif etməməyi, UNESCO-nun fakt araşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir.