“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı

2024-cü il 30 mart tarixində, saat 11:00-da Qərbi Azərbaycan İcmasında icmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçiriləcəkdir. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.