Ağnatun kəndində müsəlman-türk türbəsi - İrəvan quberniyası Üçkilsə (Eçmiədzin) rayonu Ağnatun kəndində inşa edilmişdir. Türbə və müsəlman qəbiristanlığı kəndin azərbaycanlılara məxsus oluğunu təsdiqləyir. Türbənin dam örtük təbəqəsi dağılıb günbəz görünüşü verən torpaq təbəqə qalıb. Türbənin arxa və yan divarlarınının aşağı hissəsindəki bir neçə daşın sökülməsinə baxmayaraq uçub dağılmayıb. Yarıxaraba türbə erməni abidəsi kimi təqdim olunur. Ağnatun kəndinin kənarındakı yüksək ərazidə kənd evlərinə yaxın məsafədə yerləşən müsəlman-türk türbəsinin XIII-XIV yüzilliklərə aid olduğu ehtimal olunur. Altıkünc formada xüsusi dördkünc kəsilmiş böyük qırmızı tuf daşdan tikilən türbə günbəzli olub.