Beynəlxalq əməkdaşlıq

Litva İmic Şurasının (Hökumət) Strateji Şurasının üzvü Ornela Ramaşauskayte ilə görüş olub
05 dekabr 2024, 15:15

5 - 6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov ilə Litva İmic Şurasının (Hökumət) Strateji Şurasının üzvü Ornela Ramaşauskayte arasında görüş keçirilib.

Görüş zamanı Misir Mərdanov qonağa Qərbi Azərbaycanlılara məxsus 300 dən çox məscidin və 600-ə yaxın qərbistanlığın Ermənistan əraziisində dağıdılması, maddi – mədəni irsimizə dəyən ziyan barədə ətraflı məlumat verib.