Bəyanatlar

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və əsassız çağırışını pisləyir
11 fevral 2026, 16:42

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanat vermişdir.

Biz bu çağırışı, ilk öncə Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndiririk. Ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil. Bu günlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş “miatsum” ideologiyasının daşıyıcıları və icraçılarıdır.

Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir.