07 oktyabr 2025, 01:10
04 oktyabr 2025-ci il tarixdə QAİ Çəmbərək Rayon İcması tərəfindən Beynəlxalq müəllimlər və Beynəlxalq həkimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla anmaqla və dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Çəmbərək Rayon İcmasının sədri professor Əvəz Ələkbərov həyatımızda müəllim və həkimlərin mühüm rolundan, ölkə səhiyyəsində və təhsil sistemində Çəmbərək rayonundan çoxlu sayda işinin peşəkarı, tanınmış, uzman həkim və yüksək ixtisaslı müəllim, pedaqoq olduğunu vurğuladı.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri olaaq mən, QAİ Müşahidə şurasının sədri professor Misir Mərdanov, QAİ Nəzarət-təftiş komissiyasının sədri professor Vahid Novruzov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Arzuxan Əlizadə, QAİ aparatında məsul şəxs İman Məmmədov, QAİ aparatında elmi işçi Şəmsi Qoca, Çəmbərək rayonu üzrə məsul şəxslər, kənd icma sədrləri, rayonun 12 kəndi üzrə müəllimlər, həkimlər iştirak etdilər.
Tədbirdə çıxış etdik, belə tədbirlərin xüsusi əhəmiyyətindən bəhs etdik, müəllim və həkimlərə təbriklərimizi çatdırdıq.





