Qərbi Azərbaycan İcmasının üzvləri 20 Yanvar faciəsinin 34-cü il dönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının üzvləri 20 Yanvar faciəsinin 34-cü il dönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər.
İcmanın üzvləri şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər.
Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.