“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində Naxçıvan şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində Naxçıvan şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Gənclər yarışda Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri, incəsənəti, memarlıq nümunələri, həmçinin toponimləri və onların etimologiyası haqqında biliklərini nümayiş etdiriblər.