Beynəlxalq əməkdaşlıq

Regional Nümayəndələr Şurasının üzvü (İndoneziya Qanunvericiliyi) Dr. İr. X.Əbdül Həkim ilə görüş olub
05 dekabr 2024, 12:53

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə Regional Nümayəndələr Şurasının üzvü (İndoneziya Qanunvericiliyi) Dr. İr. X.Əbdül Həkim arasında ikitərəfli görüş keçirilib.

İcma sədri bildirib ki, indiki Ermənistan ərazisindın 300 minə yaxın Qərbi Azərbaycanlının çıxarılması və onların hələ də geri qayıda bilməməsi beynəlxalq norma və prinsiplərə ziddir.

Sədr vurğulayıb ki, geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur.

Öz növbəsində qonaq dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yummamalı olduğunu, beynəlxalq təşkilat və qurumlarda bu istiqamətdə müzakirələrin mümkün qədər çox aparılmasına dünya birliyi tərəfindən şəraitin yaradılmasının mühüm olduğunu vurğulayıb.